TƏQDIMAT

ITHACA layihəsi miqrantlar haqqında həm keçmişə, həm də indiki dövrə aid olan təsvirlərə həsr olunmuşdur. Layihənin əsas məqsədi konkret tarixi dövr ərzində, orta əsrlərdən indiyədək baş vermiş miqrasiyaları təhlil etməkdir. Bununla əlaqədar olaraq tədqiqatçılara, miqrasiya sahəsində praktiki fəaliyyət göstərənlərə və idarəçilərə xidmət edəcək rəqəmsal bazanın – ITHACA platformasının yaradılması vəzifəsi qarşıya qoyulmuşdur. Platforma tədqiqat mərhələsində toplanacaq sənədləri, nəql və arxiv materiallarını təkmilləşdirməyə imkan verəcək. Həmçinin, miqrasiya məlumatlarının yığılması və yayılması ilə ictimai müzakirəyə imkan verəcək interaktiv məkan formalaşdırılacaq. Bununla əlaqədar, layihə çərçivəsində digər alətlərdən istifadə ediləcək. Bunlara miqrasiyaya dair arxiv və tarix üzrə təlim sessiyalarının keçirilməsi, alimlər, praktik fəaliyyətlə məşğul olanlar və potensial miqrantlar üçün kütləvi açıq onlayn kursların təşkili, miqrasiya şəhadətnaməsinin qeydedicisi (MigrAPP) və həmçinin muzeylər (Miqrasiya təcrübəsi) üçün iki əlavənin hazırlanması, beş əsr boyu miqrasiya marşrutlarının və axınlarının transformasiyasını əks etdirən ən az 15 interaktiv xəritənin hazırlanması aiddir. Layihə həmçinin hazırkı miqrasiyalar barədə təsvirlər arasında ən mühüm olanları müəyyən etmək üçün ITHACA Gündəliklərinin Müsabiqəsini təşviq edəcək.